Nida Xəbər
Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub - Xorvatiyanın sabiq prezidenti
Bakı Qlobal Forumu hərtərəfli və çox vacib bir tədbirdir. Biz bu Forumda tolerantlıq, sülh və təhlükəsizlik məsələlərini müzakirə edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox möhtəşəm işlər görür.
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç deyib.
O bildirib: “Çox şadam ki, yenidən Bakıdayam. Sonuncu dəfə Bakıda Xorvatiyanın Prezidenti kimi olmuşam. Prezident İlham Əliyevlə görüşümdə onu illərdir davam edən münaqişənin həll olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etdim. Mən Azərbaycan xalqına sülh və rifah arzulayıram”.
Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya həmişə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. “Şadam ki, Qarabağ münaqişəsi artıq həll olunub. İndi qarşıda duran əsas məsələ Qarabağın bərpasıdır. Azərbaycan ilə Ermənistan arasında da əlaqələrin normallaşacağına ümid edirik. Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq üçün Avropa İttifaqı əlindən gələni edə bilər”, - deyə o qeyd edib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı