İlham Əliyev Paşinyanla bu tarixdə GÖRÜŞƏCƏK - FOTO
Bizi izləyin

Nida Xəbər

İlham Əliyev Paşinyanla bu tarixdə GÖRÜŞƏCƏK - FOTO

Noyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Bu barədə Publika.az Avropa İttifaqı Şurasına istinala xəbər verir.

Şarl Mişel dekabrın 15-nə planlaşdırılan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirməyi təklif edib.

Cənubi Qafqazda firavanlıq və sabitliyi təmin etmək məqsədiylə regiondakı vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Telefon danışığı zamanı həmçinin insidentlərin qarşısının alınması mexanizmi rolunu oynayacaq Azərbaycan və Ermənistan arasında müdafiə nazirləri səviyyəsində birbaşa əlaqənin yaradılması haqqında razılıq əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm