Nida Xəbər
İlham Əliyev atasının yolunu davam etdirir - Rüstəmxanlı
“Prezident İlham Əliyev Azərbaycan ziyalılarını 50, 60 və 70 yaşlarında təbrik edib, hər zaman diqqətdə saxlayıb. İndi imkan yaranıb ki, mən də onu təbrik edim”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.
Deputat xatırladıb ki, əgər söhbət müxalifət partiyalarından gedirsə, parlamentdə ana müxalifət partiyasının adından da danışa bilər: “2020-ci ildə siyasi partiyalar bir araya gələrək hakimiyyətlə dialoq mühitinə daxil oldu. Hesab edirəm ki, bu, cəmiyyətdə müsbət qarşılandı və yaxşı mühit yarandı”.
Sabir Rüstəmxanlı daha sonra deyib ki,1994-cü ildə Heydər Əliyevlə Çinə səfər edən nümayəndə heyətində təmsil olunub: “Heydər Əliyev orada böyük görüşlər keçirdi, müzakirələr apardı. Daha sonra heyətdə olan insanlar müxtəlif məsələlərə dair fikirlərini bildirirdi. Rəhmətlik Heydər Əliyev mənə dedi ki, siz niyə susursunuz, danışmırsınız. Mən də qeyd etdim ki, sizin görüşlərinizi izlədim. Allah sizi yaradıb ki, Çin, Hindistan kimi böyük ölkələrə rəhbərlik edəsiniz, amma 10 milyonluq Azərbaycana rəhbərlik edirsiniz. Heydər Əliyev güldü, sözümü zarafata saldı. İlham Əliyev də atasının yolunu davam etdirir. Məncə, İlham Əliyev Qarabağ zəfəri ilə dünya azərbaycanlıları arasında böyük qürur mənbəyi yaratdı. Onun ömrünün sonuna qədər bu qürur bəs edəcək. Mən Prezident İlham Əliyevi təbrik edir, ona cansağlığı və uğurlar arzu edirəm”.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)