Maxabbat Abjan “iş üstündə” yaxalandı
Bizi izləyin

Nida Xəbər

Maxabbat Abjan “iş üstündə” yaxalandı

Qazaxıstanın korrupsiyaya qarşı mübarizə xidməti sahibkarları şantaj edən jurnalisti saxlayıb.

Publika.az xarici elktron portallara istinadla xəbər verir ki, Qazaxıstan Respublikasının antikorrupsiya xidmətinin rəsmi məlumataına görə, vətəndaş Maxabbat Abjanın KİV-də barələrində “ifşaedici” məlumatları yaymaq təhdidi ilə sahibkarlardan böyük məbləğdə pul tələb etmək kimi cinayətkar fəaliyyətinin qarşısı alınıb.

“Bu gün Nur-Sultan polisinin keçirdiyi xüsusi əməliyyat naticəsində M.Abjan hələlik adı açıqlanmayan iş adamından 50 milyon tenqe (108 min dollar) rüşvət alarkən yaxalanıb. Jurnalist kimi fəaliyyət göstərən Abjan polis departamentinin müvəqqəti saxlama izolyatoruna salınıb”- rəsmi məlumatda deyilir.

Məlumatda o da qeyd edilir ki, hazırda şantajçı-jurnalistin “oxşar cinayətlərdə” əlinin olub-olmadığı yoxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm