Nida Xəbər
Hakimiyyəti İNTRİQALAR yolu ilə gözdən salmaq YOLVERİLMƏZDİR - Qüdrət Həsənquliyev
Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:
- Qüdrət bəy, mövcud ictimai-siyasi vəziyyəti necə qiymətləndirərdiniz?
- Hər bir ölkədə ictimai-siyasi proseslər həmin ölkənin əhalisinin inkişaf səviyyəsinə uyğun cərəyan edir. Bizdə də eynən. Ona görə də, bəzi məsələlərə təəssüf etsək də, çox narahat olmağa da dəyməz. Cəmiyyətimiz inkişaf etdikcə həm iqtidardaxili rəqabət, həm də siyasi qüvvələr arasındakı mübarizə daha sivil formada həyata keçiriləcək, dövlət maraqları və ictimai mənafe daha ciddi qorunacaq, qrup və şəxsi korporativ maraqlardan üstün tutulacaq.
Bir misal çəkim, keçən ay jurnalistlərin peşə bayramı günü Şuşada bir tədbir təşkil olundu. Hətta jurnalistlərə xüsusi diqqət və hörmət əlaməti olaraq onların Füzuliyə qədər səfəri başqalarından fərqli olaraq təyyarə ilə həyata keçirildi. Həmin tədbirdə çox maraqlı və müzakirələrə layiq çıxışlar olmuşdu, amma həmin tədbir və çıxışlardan daha çox mətbuatda kimin kiminlə şərab içməsi müzakirə mövzusu oldu. İntriqalar və bunun nəticəsi olraq mətbuata kənar təsirlər ümumi işimizə ziyan vurur. Hansısa maraqlar naminə dövlət hakimiyyətini gözdən salan, milli mentaliteti nəzərə almadan ictimai əxlaqa mənfi təsir göstərən hadisələrin həddən ziyadə qabardılması, söyüş sifarişi, jurnalist və bloqer adı altında çıxış edib sifarişlə ağır təhqirlərə yol verən şəxslərin müdafiə olunması sözsüz ki, təəssüf doğurur. Görünür başqa inkişaf etmiş xalqlar kimi biz də bu mərhələni keçməliyik. Sadəcə, hər kəs nəzərə almalıdır ki, 10 noyabr sazişinin icrasını və Qarabağ üzərində suverenliyimizi təmin etmək, ermənilərin başlatdığı milli münaqişədən tam qalib çıxmağımız üçün Azərbaycana xalqın müdafiə etdiyi güclü hakimiyyət lazımdır. Onu intriqalar yolu ilə gözdən salmaq, zəiflətmək yolverilməzdir. Hakimiyyət 19 yanvar mitinqi ərəfəsi baş verənləri araşdırmalı, ölkəmizi xarici güclərin dəstəyi ilə Şimali Koreyaya çevirmək istəyən xəyanətkar kütbeyinlər zərərsizləşdirilməli, hakimiyyətdən qovulmalıdır.
- 22 avqust Elçibəyin haqq dünyasına qovuşduğu gündür.Elçibəyi bir neçə cümlə ilə gənc nəslə necə təqdim edərdiniz?
- Allah ruhunu şad etsin!
Elçibəy sonradan Milli Azadlıq Hərəkatına çevrilmiş Qarabağın Azadlığı uğrunda hərəkata liderlik edib, bununla da adını xalqımızın tarixinə qızıl hərflərlə yazıb. O təmiz siyasətçi, millətə təmənnasız xidmət, dövlət maraqları naminə hakimiyyətdən imtina edib hakimiyyəti dövləti qoruya biləcək daha güclü siyasətçiyə ötürmək nümunəsini yaradıb. Dövlət idarəetmə təcrübəsinin azlığından, geosiyasi vəziyyətin mürəkkəbliyindən, güclü siyasi komandasının olmamasından, şəxsi xarekterdən, yəni humanist və insanpərvərliyindən, ətrafındakı insanlara hədsiz güvəncdən, xalqımızın islahatları dəstəkləməyə hazır olmamasından qaynaqlanan ən böyük uğursuzluğu isə 5 illik prezidentlik mandatını qoruya, AXC-nin siyasi platformasını həyata keçirə bilməməsi oldu.
-
Magazin105:15
Xumar Yerin peykinə klip həsr etdi - VİDEO
-
İdman03:13
“Mançester Siti” unikal "uğura" İMZA ATDI
-
Sosial02:12
Gələn il ehtiyac meyarı artırılır - Kimlərə sosial yardım veriləcək?
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO