Magazin1
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
“Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “O qızı tapın”, “Nəsimi” kimi Azərbaycan kinosunun məşhur filmlərində onun da əməyi var. Səyavuş Şəfiyev yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında qalmağı bacarıb. Ömrü qısa, rolları az da olsa, adını kinomuzun tarixinə yazdıra bilib.
Əməkdar artist, rejissor, sirk ustası Səyavuş Şəfiyevin 24 noyabr- xatirə günü ərəfəsində həyatı haqqında bilmədiklərimizi sənət dostları danışdı.

“Səyavuş kino çəkilişləri üçün Bakıya gəlib-gedirdi. Ona görə onunla ünsiyyət qurmaq çətin idi. Kinomuzda bır sıra rollar yaratdı. Təəssüf ki, onun həyatı faciə ili bitdi”, - deyə tanınmış kinoşünas Aydın Kazımzadə mərhum aktyorun bacısından eşitdiklərini danışır: “Səyavuş Şəfiyev Bakıda bir neçə filmə çəkildikdən sonra köçüb Moskvaya getdi. Onun rəhbərlik etdiyi sirk truppası Fransaya qastrola gedib. Səyavuş tamaşa zamanı akrobatik nümunələr göstərib. Aşağıda qoruyucu olmadığından yıxılaraq bərk əzilib. Səyavuş bu hadisədən sonra danışa bilmir, lal olur. Onu Moskvaya gətirirlər. Moskvada da infarkt keçirir. Elə bir cüssəli, hündürboylu və sağlam adam bir hadisə nəticəsində şikəst olur və az sonra dünyasını dəyişir...”

“Nə vaxta qədər qonaq evində yaşayacam?”
Səyavuş Şəfiyevin həyat və yaradıcılığını daha yaxşı bilən Xalq artisti Ənvər Həsənov danışır: “Səyavuş hələ məktəb illərindən idmanda uğurlar qazanmışdı. Boks üzrə müxtəlif yarışların qalibi idi. Moskvada Ümumittifaq Sirk Məktəbini bitirib, akrobatika üzrə dərəcə almışdı. Məktəbi qurtardıqdan sonra “Soyuzsirk”də çalışırdı. Moskva sirkində tanınmış artistlərlə işləyərək tezliklə öz işinin peşəkarına çevrilmişdi. Onu Rusiyanın sirk artistləri arasında qəbul edirdilər”.

1972-ci ildə S.Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populyarlıq qazanır. O, sirk rejissoru kimi də özünü sınayır. S.Şəfiyev Bakıda kino rejissorlarının diqqətini cəlb edir. Adil İsgəndərov onu “Əhməd haradadır?” filminə dəvət edir. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov ciddi tənqidlərlə üzləşir. Film “Burjua-meşşan elementləri ilə zəngin” ekran əsəri kimi xarakterizə edilir. Filmin tənqidindən xəbər tutan Səyavuş “nahaq çəkildim” deyə peşmançılıq keçirir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın baxımlı filmlərindən birinə çevrilir. S.Şəfiyev “Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi”, - deyir.

Bundan sonra S.Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən “Uşaqlığın son gecəsi” filmində Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafata layiq görülür. “Mənim onda 17-18 yaşım vardı”, - deyə Ə.Həsənov xatırlayır: “Adil müəllim dedi ki, siz bir evdə yaşayacaqsınız. Gərək sizin bir-birinizə qarşı səmimiyyətinizi tamaşaçılara çatdıraq. Biz bütün günü bir yerdə olurduq. Axşamlar da sirkdə onun tamaşalarına gedirdim. Kinoya çəkildiyim müddətdə onunla, ailəsi ilə çox yaxın oldum. Həyat yoldaşı rus idi. Bir qızları vardı. Mən Səyavuşun insanlığının, səmimiyyətinin şahidi oldum. Bu münasibət mənə çox şey öyrətdi. Xoşbəxtəm ki, onunla bir yerdə işləmişəm. “Uşaqlığın son gecəsi” filmi çox məşhurlaşdı. O filmi demək olar ki, 40 dan çox ölkə alıb. Səyavuş o filmdən sonra “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaratdı”. Ə.Həsənov danışır ki, S.Şəfiyev sirkin bədii rəhbəri işləsə də, Bakıda mənzili olmayıb, qonaq evində qalırmış: “Bakıya gələndən sonra sirkin yaxınlığındakı “Sirk” qonaq evində yaşayırdı. O vaxt tanınmış incəsənət adamlarını mənzillə təmin edirdilər. Səyavuş 5 il qonaq evində qaldı. Sonra “Nə vaxta qədər qonaq evində yaşayacam? Dostum-tanışım var. Evimə qonaq dəvət edə bilmirəm”, - deyə inciyib Moskvaya köçdü. O, Moskvada məşhur “Səhnədə sirk” Birliyində quruluşçu rejissor kimi işləməyə başladı. Çox gözəl insan idi. Mən hərbi xidmətdən sonra 5-6 il Moskvada yaşadım. Orada tez-tez görüşürdük. Yaxşı ki, kino həyatımda belə bir insanla tanış olmuşam”.

“Qəfil eşitdik ki, rəhmətə gedib...”
“Bizim sirkdə işləməyə başlayandan sonra Ədil İsgəndərovun xoşuna gəlmişdi və onu “Əhməd haradadır?” filminə dəvət etmişdi” - deyə kinorejissor Əbdül Mahmudov xatırlayır: “Mən onunla yalnız bir filmdə, “Əhməd haradadır” filmində epizodda çəkildim. Amma kinostudiyanın dəhlizlərində tez-tez rastlaşır və görüşürdük. Mən onu “Doğma sahillərdə” filmində polkovnik roluna çəkmək istəyirdim, gözaltı etmişdim. O filmdə vuruş səhnələri vardı. O da idmançı idi. Həmin rola uyğun olduğu üçün onu gözaltı etmişdim. Amma onu axtardım, dedilər ki, rəhmətə gedib. Siyavuş Azərbaycanın ilk sirk ustalarından biri idi. Dağlarda, qayalarda gəzirdi. Çox səmimi və vətənpərvər insan idi. Azərbaycanda bir neçə filmə çəkildi və köçüb getdi, Rusiyada işlədi. Qəfil eşitdik ki, cavan yaşda rəhmətə gedib. Doğrudur, az rollar ifa etdi, ancaq maraqlı obrazlara öz möhürünü elə vurdu ki, kino tarixinə adını əbədi olaraq həkk etməyi bacardı”.

“Niyə ağlayırsan, ağlama...”
Xalq artisti Xalidə Quliyeva Səyavuş Şəfiyevlə “Nəsimi” filminin çəkiliş meydanında tanış olub: “Onda mənim 20 yaşım vardı. Dünyanı dərk edən vaxtım deyildi, baxırdım, öyrənirdim. Filmin kütləvi atçapma səhnələri Qobustanda çəkilirdi. Mən də o kütləvi səhnələrdə at çapmalı idim. İlk dəfə idi ata minirdim, bacarmadım. Çox pis odum və gəlib avtobusda oturub ağladım. Birdən Səyavuş avtobusa gəldi. Mən üzümü ondan gizlətdim. “Niyə ağlayırsan, ağlama. Onsuz kütləvi səhnələrdə dublyorlar çəkilirlər. Sənin böyük işlərin qabaqdadır”, - deyə mənə təsəlli verdi. Səyavuş çox sakit, mədəni, başqasının dərdinə yanan adam idi. Çox intizamlı idi. Mən çəkilişlər zamanı onu belə tanıdım...” ("Kaspi" qəzeti)
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər


















.png)






.jpg)











