ABŞ
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın artıq Vladimir Putinlə şəxsi görüşü baş tutub.
Publika.az xəbər verir ki, bu iddianı Respublikaçı konqresmen Maykl Makkol səsləndirib. Qanunverici bu barədə Atlantik Şuraya müsahibəsində bildirib.
Onun sözlərinə görə, onlar Ukrayna münaqişəsini müzakirə ediblər.
“Mən bilirəm ki, seçilmiş prezident (Tramp - red.) Putinlə görüşüb: “Lütfən, vəziyyəti gərginləşdirməyin” deyib", - M. Makkol qeyd edib.
Amerika mediası daha əvvəl yazmışdı ki, Donald Trampın Vladimir Putinlə telefon danışığı olduğu iddia edilir, bu zaman respublikaçı Rusiya prezidentini Ukraynadakı münaqişəni qızışdırmamağa çağırıb və “ABŞ-ın Avropada əhəmiyyətli hərbi mövcudluğunu” xatırladıb.
Daha sonra Kreml bu çağırışla bağlı xəbərləri təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əlavə edib ki, Tramp komandasından Putinlə telefon danışığı üçün hələlik heç bir müraciət olmayıb və bu tədbirə hazırlıq getmir.
Eyni zamanda, Vladimir Putin dəfələrlə Ukrayna üzrə danışıqlara, o cümlədən ABŞ-ın yeni seçilmiş prezidenti ilə danışıqlara hazır olduğunu vurğulayıb.
Akqabay
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi



































