Nida Xəbər
Baytar həkimlər də VERGİYƏ CƏLB OLUNUR
"Özəl baytarlıq xidməti daim dövlətin nəzarətində olmalı və bu sahədə fəaliyyət göstərən mütəxəssislər istər fiziki, istərsə də hüquqi şəxs olsun, hansısa formada mütləq qeydiyyata alınmalıdır".
Bu sözləri Publika.az-a açıqlamasında kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli bildirdi.
Prezident İlham Əliyevin sərəncamı ilə özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişiklikləri şərh edən ekspert bildirdi ki, əgər baytarlıq xidmətləri sərbəst fəaliyyət göstərsə və heyvandarlıqla məşğul olan sahibkarlar onlara xidmətləri müqabilində ödəniş edə bilsələr, qeydiyyata alınmaları vacibdir:
"Bu halda onların vergi ödəmələrini müsbət qarşılamaq olar. Ancaq bu sahədə ciddi problemlər var. Onların bir çoxu qeydiyyatdan yayınır, gəlirlərini gizlədirlər. Çünki, əldə etdikləri gəlir və fermerlərə göstərdikləri xidmət çox aşağı səviyyədədir. Bir çoxu isə sovet dövründə təhsil aldıqları, öz üzərlərində işləmədikləri üçün müasir tələblərə cavab vermir".
V.Məhərrəmli təklif edir ki, hökumət bu problemləri nəzərə alaraq, onlara müəyyən məbləğdə əməkhaqqı və ya digər formada ödəniş etsin, minimum xərclərini ödəyəcəyinə əmin olsun:
"Heyvanı müalicə etmək çox çətindir və bunun üçün köməkçi feldşerlərə ehtiyacı yaranır. Bu da əlavə xərclər deməkdir. Bunları nəzərə alaraq, onlardan vergi tutulmamalı, bilik və bacarıqlarının artırılması üçün əlavə təhsilə cəlb olunmalı, bəzi xərcləri hökumət tərəfindən qarşılanmalıdır. Eyni zamanda, baytarlıq klinikaları yaradılmalı və fermerlərə mobil və sürətli xidmətin göstərilməsi üçün baytarlar avtomobillə təmin olunmalıdırlar".
Dəyişiklikdə fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib. Elspert hesab edir ki, bu məbləğ çox azdır:
"Hər ay bu məbləği ödəməklə iş bitmir. Əldə edilən gəlirlərin və xərclərin hesabatı aparılmalı, həm hər rübün sonunda, həm də ildə bir dəfə vergi hesabatı verilməlidir. Bu işləri görmək üçün baytar mühasibatlıq sistemi yaratmalı və ona əlavə vəsait ödəməlidir".
Yeni dəyişiklikdə baytarların fəaliyyətinə stimul verəcək ciddi heç nə olmadığını deyən V.Məhərrəmli:
"O zaman stimul olacaq ki, fermerlər həm südçülükdən, həm də ətçilikdən yüksək gəlir əldə edəcək, bunun bir hissəsini də baytarlıq xidmətlərinin təşkilinə sərf edəcək. Baytar həkimi də bunun müqabilində öz işinə məsuliyyətlə yanaşacaq. Yəni, gəlirin artması xidmətə stimul verən əsas amildir".
Rövşən Ziya
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)