XİN Özbəkistanı təbrik etdi
Bizi izləyin

Nida Xəbər

XİN Özbəkistanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Özbəkistanı Milli Gün münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib:

“Özbəkistanı Milli Günü münasibətilə Özbəkistan hökuməti və xalqına ən xoş diləklər və ürəkdən təbriklərimizi çatdırırıq. Azərbaycan və Özbəkistan arasında strateji əlaqələrin möhkəmləndirilməsini səbirsizliklə gözləyirik. Milli Günün mübarək, Özbəkistan”.

Qeyd edək ki, 1991-ci il avqustun 31-də Özbəkistan SSRİ-dən ayrılaraq müstəqilliyini bəyan edib. Eyni gün sentyabrın ilk gününün Müstəqillik Günü kimi qeyd olunması qərarı verilib.

Sentyabrın 1-i Özbəkistanda rəsmi qeyri-iş günüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm