BMT-dən Ukrayna açıqlaması - RƏQƏMLƏR
Bizi izləyin

Nida Xəbər

BMT-dən Ukrayna açıqlaması - RƏQƏMLƏR

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hücumu nəticəsində son statistik rəqəmləri açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner məlumat verib.

Missiya rəhbəri bildirib ki, savaş nəticəsində 5 767 nəfər həlak olub:

"İndiyə qədər biz 14 059 mülki insanın zərər çəkdiyini dəqiqləşdirmişik. 7 aydır davam edən savaş nəticəsində 5 767 dinc sakin həlak olub. Eyni zamanda, 8 292 nəfər yaralanıb. Faktiki rəqəmlər yəqin ki, bundan xeyli çoxdur".

M. Boqnerin sözlərinə görə, ən azı 416 nəfər Rusiya tərəfindən işğal edilmiş ərazilərdə əsassız həbs edilib, işgəncələrə məruz qalıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm