Nida Xəbər
Ceyhun Bayramov Kolonnanı Ermənistanın təxribatı barədə məlumatlandırdı
13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fransa Respublikasının Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, Ceyhun Bayramov həmkarına Ermənistanın post-münaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, 12-13 sentyabr tarixlərində növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğu diqqətə çatdırıb. Ceyhun Bayramov, eyni zamanda indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.
Avropa və xarici işlər naziri Katerin Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
-
Yaxın Şərq02:22
İsrail Livanın cənubunda əsas su təchizatını VURDU
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ