Ermənistan Rusiyanın lehinə səs vermədi
Bizi izləyin

Nida Xəbər

Ermənistan Rusiyanın lehinə səs vermədi

BMT-nin Cenevrədəki mənzil-qərargahında Rusiya Federasiyasının daimi nümayəndəsi Gennadi Qatilov Rusiya Federasiyasında insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçinin təyin edilməsinə dair qətnaməyə dair səsvermə zamanı Ermənistanın səsverməsindən narazılığını bildirib.

Publika.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin təqdim etdiyi layihə oktyabrın 7-də qəbul edilib. Boliviya, Venesuela, Qazaxıstan, Çin, Kuba və Eritreya qətnamənin əleyhinə səs verib. Ermənistan da daxil olmaqla 24 ölkə bitərəf qalıb.

“Düzünü desəm, səsvermə zamanı tərəfdaşlarımızın daha aydın mövqe sərgiləməsi arzuolunan olardı. Mən ilk növbədə, təəssüf ki, bitərəf qalan Ermənistan və Özbəkistanı nəzərdə tuturam”, - deyə TASS Qatilovun sözlərini sitat gətirib .

“Səsvermə bir daha göstərdi ki, İnsan Hüquqları Şurası Qərb dövlətləri tərəfindən öz siyasi gündəmlərinə xidmət etmək üçün manipulyasiya edilən bir quruma çevrilib”, - deyə rusiyalı diplomat bildirib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm