Nida Xəbər
Zəngəzur DƏHLİZİ Avroparlamentdə qalmaqal yaratdı – Erməni lobbisinin HAY-KÜYÜ
Zəngəzur dəhlizi Avropa Parlamentində (AP) qızğın müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun Ermənistan xidməti məlumat verib.
AP-nin Xarici Əlaqələr Komitəsinin üzvləri Avropa İttifaqının xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin nümayəndəsi Jan-Markos Skupadan Brüsselin Zəngəzur dəhlizinə münasibətinin necə olduğunu soruşub.
Jan-Markos Skupa birbaşa cavab verməkdən yayınıb: “Dəhliz məsələsinə münasibət bildirmək bizim işimiz deyil. Biz sülh sazişinin imzalanması üçün tərəflər arasında dialoqun təşviqinə çalışırıq”.
Bu cavab erməni lobbisinin üzvləri olan parlamentariləri qane etməyib.
Aİ-nin nümayəndəsi Bela Nesterovanın hansı dəhlizdən söhbət getdiyini bilmədiyi haqda sözləri onları daha da qəzəbləndirib.
Bu gərginlik AP-nin Azərbaycan və Ermənistanla bağlı yeni hesabat layihələrinin müzakirəsi zamanı yaşanıb.
Azərbaycanla bağlı sənəddə qeyd olunur ki, Bakı Aİ-nin strateji tərəfdaşıdır, yanacaq tədarükünün artırılması vədini verib və bu, yeni bazarların tapılması baxımından əhəmiyyətlidir.
“Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşı olaraq qalır, biz iqtisadi əməkdaşlığımızı daha da təkmilləşdirəcək hərtərəfli saziş imzalamağa yaxınıq. İyul ayında Azərbaycanla imzalanmış memorandum bizə enerji resurslarımızı şaxələndirməyə və yanacağın qiymətini aşağı salmağa imkan verir”, - sənəddə bildirilir.
Azərbaycana bu münasibət erməni lobbisinin səs-küy salmasına səbəb olub. Onlar Azərbaycanı müxtəlif iddialarla ittiham edir və Aİ nümayəndələrindən tələb ediblər ki, Bakı ilə münasibətlərə son verilsin. Fəqət iclasdakı nümayəndələr bu tələblərə sona qədər reaksiya verməyib.
Asif
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var








.jpg)
.jpg)













.jpg)













