Nida Xəbər
Belə hallara yol verənləri ifşa etmək daha asan olacaq...
Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev dövlət hakimiyyəti orqanlarında müəyyən vəzifə tutan şəxslərin əmək haqlarının artırılmasına münasibət bildirib.
Millət vəkili "AzPolitika"ya deyib ki, xalqın sosial rifahının yüksəldilməsi və təhlükəsizliyin təmin olunması üçün ölkə güclü iqtisadiyyata sahib olmalıdır. Onun sözlərinə görə, güclü iqtisadiyyat qurmaq üçün ölkədə qanunun aliliyi təmin edilməli, korrupsiyaya qarşı effektiv mübarizə aparılmalıdır.
Q.Həsənquliyev qeyd edib ki, dövlət hakimiyyəti səlahiyyətlərinə malik olan şəxslərə onların ləyaqətli həyatını təmin edəcək səviyyədə maaş verilməlidir: “Yüksək maaş alan dövlət qulluqçularının əksəriyyəti qanunsuz yollarla əlavə gəlir əldə etmək üçün risk etməyəcək. Belə hallara yol verənləri isə ifşa etmək daha asan olacaq”.
Deputatın sözlərinə görə, əksinə, ailəsinin ləyaqətli həyatını təmin edə bilməyən məmurların böyük hissəsi vətəndaşları incidərək rüşvət almağa, ictimai vəsaiti mənimsəməyə meylli olur, bu isə biznesin inkişafına və ədalətli rəqabətə maneə yaradır.
Q.Həsənquliyev beynəlxalq təcrübəyə də istinad edib: “Sinqapur möcüzəsinin müəllifi Li Kuan Yu hakimiyyətə gəldikdən sonra dünyanın ən yoxsul ölkələrindən birində islahatlara başladı. O, nazirlərə ayda 100 min dollar maaş verərək onlardan ləyaqətli və vicdanlı fəaliyyət tələb etdi. Bu gün Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və orada orta aylıq əmək haqqı 4400 dollardır”.
Millət vəkili vurğulayıb ki, dövlət hakimiyyət nümayəndələrinə yüksək maaş verilmədikdə, “qənaət edilən” vəsaitdən dəfələrlə artıq məbləğ oğurlana bilər və bu, ölkənin inkişafını ləngidər. Onun fikrincə, bundan ən çox zərər çəkən sadə vətəndaşlar olur: onların hüquqları tez-tez pozulur, iqtisadi inkişaf zəif olduğu üçün yüksək maaşlı iş tapmaq imkanları azalır, gələcəkdə yüksək pensiya almaq və güclü sosial müdafiə ilə təmin olunmaq çətinləşir.
Q.Həsənquliyev əlavə edib ki, “Onlar onsuz da rüşvət alırlar, maaşlarını artırmağa nə ehtiyac var” deyənlər ya qərəzli mövqe sərgiləyir, ya da dövlətçilik düşüncəsi və strateji baxışdan uzaqdır.
Deputat bildirib ki, bütün bunları nəzərə alaraq, o, həmişə islahatlara məhz bu kateqoriyadan olan şəxslərin maaşlarının artırılması ilə başlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bunun ardınca dövlət idarəetməsi, məhkəmə sistemi və iqtisadi sahədə geniş islahatlar həyata keçirilməlidir.
Eyni zamanda Q.Həsənquliyev vurğulayıb ki, bu yanaşma digər kateqoriyadan olan vətəndaşların, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinin diqqətdən kənarda qalması anlamına gəlmir.
-
Cənubi Qafqaz20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya19:00Azərbaycana yaz gəldi
-
ABŞ18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?















.jpg)
.jpg)


.jpg)
.jpg)













.jpg)

