Ola bilsin ki, Rusiya İrəvanda siyasi kursun dəyişməsini istəyir – Simonyan
Bizi izləyin

Nida Xəbər

Ola bilsin ki, Rusiya İrəvanda siyasi kursun dəyişməsini istəyir – Simonyan

Ermənistan heç bir ölkə ilə münasibətlərini korlamır.

Publika.az xəbər verir ki, bunu Ermənistan parlementinin spikeri Alen Simonyan bu gün bildirib.

Ermənistanın siyasi kursunun dəyişdirilməsi ilə bağlı iddialara münasibət bildirən Alen Simonyan deyib: “Ermənistan Respublikası onunla ədalətli davranılmasını istəyir ki, sərhədləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilsin”.

“Mən gözləyirəm ki, bizim KTMT-dəki bütün tərəfdaşlarımız, bizim əsas müttəfiqimiz (Rusiya nəzərdə tutulur-müəll.) başa düşəcəklər ki, Ermənistan geri addım atmağı özünə rəva görə bilməz. Biz Ermənistan Respublikasının, erməni xalqının və Qarabağ xalqının (?) maraqlarını qorumaq üçün hər şeyi edəcəyik.

Bizim ölkəmizin sərhədləri qorunmalıdır. Ola bilər ki, Rusiya tərəfi burada siyasi kursun dəyişməsini istəyir. Ermənistan bu istiqamətdə heç bir iş görməyib”, - deyə parlamentin spikeri bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfini öz təhlükəsizliyini təmin etməyə çalışmaqda ittiham etmək və bunu kursun dəyişməsi ilə əlaqələndirmək düzgün və ədalətli deyil.

“Mən bizim tərəfdaşlarımızı Ermənistanı geopolitik dönüşlərdə ittiham etməzdən əvvəl özlərindən soruşmağa çağırıram: onlar hər şeyi düzgün edirmi və onların gizli istəkləri belə geopolitik dönüş deyilmi?”, - deyə Alen Simonyan vurğulayıb.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm