Avropa İttifaqı: “Bakı və İrəvanı bu səhifəni çevirməyə çağırırıq”
Bizi izləyin

Nida Xəbər

Avropa İttifaqı: “Bakı və İrəvanı bu səhifəni çevirməyə çağırırıq”

Avropa İttifaqı Ermənistan və Azərbaycanı düşmənçilik səhifəsini çevirməyə və lazımsız insan tələfatının qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırır.

Publika.az xəbər verir ki, bu barədə Avropa Xarici Siyasət Xidmətinin rəsmi bəyanatında deyilir.

“Aİ Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarının aradan qaldırılmasına və regionda sabit və uzunmüddətli sülhün əldə olunmasına yönəlmiş çoxsaylı addımlarını alqışlayır. Aİ onların müxtəlif səviyyələrdə və formatlarda davam edən danışıqlarda sabit iştirakını yüksək qiymətləndirir. Danışıqlar açıq şəkildə çətin olsa da və vaxt tələb etsə də, anı əldən verməmək, konkret addımları razılaşdırmaq və region əhalisinin rifahı naminə təhlükəsiz və firavan mühiti təmin etmək vacibdir”, - deyə məlumatda vurğulanır.

Aİ bir daha tərəfləri ritorikanı yumşaltmağa və bir-birinə qarşı təhdid və ya ittihamlar səsləndirməkdən çəkinməyə, hərbi təxribatlar və hərəkətlərdən çəkinərək lazımsız gərginliyin artmasına yol verməməyə çağırır.

Bəyanatda, həmçinin bildirilir ki, Aİ bundan sonra da fəal olacaq, hər iki tərəfin istəklərinə cavab verəcək, bütün həll edilməmiş məsələlərin hərtərəfli və ədalətli həllinə yönəlmiş işlərdə onlara dəstək verəcək.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm