Ukrayna istənilən vaxt hücuma keçə bilər - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

Ukrayna istənilən vaxt hücuma keçə bilər - RƏSMİ

Ukrayna Rusiya ilə münaqişəni dondurmağı planlaşdırmır.

Publika.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

"Biz heç nəyi dondura bilmərik — biz soyuducu kamera deyilik", - deyə o qeyd edib.

Danilov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri havadan, ilin vaxtından asılı olmayaraq hücuma keçə bilər.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi rus dilinin Ukrayna ərazisindən tamamilə silinməli olduğunu söyləmişdi.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm