İrəvan Gürcüstanla strateji tərəfdaşlıq qurmaqda maraqlıdır - Simonyan
Bizi izləyin

Nida Xəbər

İrəvan Gürcüstanla strateji tərəfdaşlıq qurmaqda maraqlıdır - Simonyan

Ermənistan Gürcüstanla strateji tərəfdaşlıq qurmaqda maraqlıdır.

Publika.az xəbər verir ki, bunu Tbilisidə rəsmi səfərdə olan Milli Assambleyanın sədri Alen Simonyan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşündə deyib.

“Biz Gürcüstanla münasibətlərimizə böyük əhəmiyyət veririk və təsadüfi deyil ki, Gürcüstanla qonşuluq münasibətlərinin inkişafı Ermənistan hökumətinin 2021-2026-cı illər üzrə fəaliyyət planında prioritetdir. Biz Gürcüstanla strateji tərəfdaşlıq qurmaqda maraqlıyıq”, - deyə Alen Simonyan bildirib.

O əlavə edib ki, Ermənistan və Gürcüstan arasında münasibətlərin yüksək səviyyəsi Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində mühüm amillərdən biridir. Alen Simonyan Gürcüstan tərəfinin regionda sülhün və sabitliyin qorunmasında maraqlı olmasını yüksək qiymətləndirib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm