CNN: "Bayden Zelenski ilə danışmaq istəməyib"
Bizi izləyin

Nida Xəbər

CNN: "Bayden Zelenski ilə danışmaq istəməyib"

Ukrayna Prezidenti Vladimir Zelenski Polşada baş verən raket insidentindən sonra ABŞ lideri Co Baydenə zəng vurmağa çalışsa da heç bir nəticəsi olmayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən xəbər verir.

Telekanalın məlumatında deyilir: “Ukrayna liderinin zəng təşkil etmək xahişinə baxmayaraq, Bayden və Zelenski çərşənbə axşamı gecə danışmadılar".

Daha əvvəl Zelenski bildirmişdi ki, Ukraynanın Polşa ərazisinə düşən raketlə heç bir əlaqəsi yoxdur.

Co Bayden bildirib ki, Zelenskinin Polşa ərazisinə düşən raketin Ukraynaya aid olmadığı barədə sözlərini sübut hesab etmir.

Polşa Prezidenti Andjey Duda isə deyib ki, düşmüş raketin Ukrayna hava hücumundan müdafiə qüvvələrinə məxsus olması ehtimalı yüksəkdir .

Dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ Polşanın raketin Ukraynaya aid olduğuna dair tapıntılarını təkzib edəcək heç bir dəlil görmür.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm