Nida Xəbər
Peskov: “Baydenin şərtləri qəbuledilməzdir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin Ukrayna üzrə danışıqlara hazır olduğunu bildirib. Lakin onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin danışıqların başlanması üçün bir gün əvvəl irəli sürdüyü şərtlər qəbuledilməzdir.
Publika.az xəbər verir ki, Peskov Ukraynada hərbi əməliyyatlar davam edəcək əlavəsini edib.
“O dedi ki, ilk növbədə Putin Ukraynanı tərk etməlidir. O hesab edir ki, bu, Putinin danışıqlara hazır olduğunu nümayiş etdirməlidir... ABŞ hələ də Rusiya Federasiyasının tərkibində yeni əraziləri tanımır. Və təbii ki, bu, bir növ qarşılıqlı zəmin axtarışını xeyli çətinləşdirir. Qarşılıqlı müzakirələr üçün əsaslar olmalıdır”, - deyə Dmitri Peskov “Kommersant FM”in sualına cavabında bildirib.
D.Peskov əlavə edib ki, Vladimir Putin danışıqlara hazırdır.
“Xüsusi hərbi əməliyyat davam edir. Eyni zamanda, prezident Putin danışıqlara açıqdır”, - deyə D.Peskov əlavə edib.
Onun sözlərinə görə, Rusiya üçün dinc diplomatik vasitələr üstün olaraq qalır.
Qeyd edək ki, dekabrın 1-də Co Bayden yaxın gələcəkdə Vladimir Putinlə əlaqə saxlamağı planlaşdırmadığını bildirib. O əlavə edib ki, Putin Ukraynada hərbi münaqişəyə son qoymaq istəyini nümayiş etdirdiyi zaman onunla danışıqlara hazır olacaq. Bu gün, dekabrın 2-də ABŞ dövlət katibi Entoni Blinken əlavə edib ki, Bayden Ukraynadakı münaqişəni genişləndirməkdən yayınmaq istəyir.
Səxavət

-
Sosial17:05
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı - Yeniləndi
-
Magazin116:40
Roza Zərgərli ərə gedir: 13 namizədim var, birini seçəcəm - VİDEO
-
Region16:00
Molla rejiminin "yeni oyunu" - Terrorçunu xəstəxanaya yerləşdirdilər
-
Magazin115:10
Hacı Nuranın brilliant daşlarla bəzədilmiş 30 minlik saatı - Video
-
Magazin114:30
Meyxana ustadları biznesmenin itinə meyxana dedilər - Video
-
Hadisə13:52
Şəxsi görüntüləri ilə şantaj olunan baş həkimin şok əməlləri - Həbs edildi, əmlakları isə...
-
Cənubi Qafqaz13:10
İran sentyabr döyüşlərində Ermənistana belə kömək edib - Kostanyandan ETİRAF
-
Qarabağ 12:40
Xankəndidə son vəziyyət: Ruben “döyüşmək istəyir”, Araik “sonumuz olacaq” deyir