Nida Xəbər
Türkmənistan Prezidenti Sahibə Qafarovanı TƏLTİF ETDİ

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycan Milli Məclisinin (MM) sədri Sahibə Qafarova “Əməkdaşlığın inkişafındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib.
Publika.az xəbər verir ki, orden Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən azərbaycanlı həmkarına təqdim olunub.
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov deyib ki, Türkmənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması təkcə iki ölkə xalqlarının mənafeyinə uyğundur.
Görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi aparılıb, BMT, MDB, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və s. formatlarda da səmərəli qarşılıqlı fəaliyyət qeyd olunub.
Qeyd edilib ki, çoxşaxəli əməkdaşlığın gələcək inkişafında dövlətlərarası təmasları tamamlayan və qarşılıqlı fəaliyyət üçün qanunvericilik bazasını möhkəmləndirən parlamentlərarası dialoqa böyük əhəmiyyət verilir.
O da vurğulanıb ki, Türkmənistanla Azərbaycan arasında parlament diplomatiyasının fəallaşması əlaqələrin dərinləşməsinə xidmət edəcək.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO
-
Magazin15 Fevral 18:48
Pərvin Abıyevadan yarıçılpaq FOTOLAR