Nida Xəbər
Ərdoğan sərt danışdı: - “O ancaq Mövlud bəyin həmsöhbəti ola bilər”
Avropa İttifaqı diplomatiyasının rəhbəri Josep Borrell Rusiya-Türkiyə münasibətlərinə qərar verə və tənzimləyə bilməz.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Borell daha əvvəl bəyan etmişdi ki, Ankaranın sanksiyalara qoşulmaq istəməməsi və Moskva ilə əlaqələrin inkişafı Brüsseli narahat edir.
“Mən Boreli həmsöhbət kimi görmürəm. O ancaq Mövlud bəyin (Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nəzərdə tutulur) həmsöhbəti ola bilər. Bu çirkin bəyanatdır. Birincisi, Borell bizim Rusiya ilə münasibətlərimizə qərar verə və tənzimləyə bilməz. Onun bu məsələlərlə bağlı qərar qəbul etmək üçün nə səriştəsi, nə də bacarığı var”, - deyə Ərdoğan bildirib.
Bundan əlavə, Türkiyə Prezidenti Boreli Ankaranın ərzaq sövdələşməsində gördüyü işlərə görə təşəkkür etməməkdə ittiham edib. O əlavə edib ki, rusiyalı həmkarı Vladimir Putinlə kənd təsərrüfatı məhsullarının gələcəkdə Afrikaya daşınması üçün Türkiyədə emal edilməsi imkanlarını müzakirə edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya və Türkmənistan qazını Avropaya tədarük edə biləcəyini də açıqlayıb. Bu enerji layihəsinin həyata keçirilməsi üçün Türkiyə başçısı Ankara, Aşqabad və Bakının qərarına uyğun olaraq bir ay müddətində Türkmənistandan Avropaya mavi yanacağın tədarükü mexanizminin hazırlanmasını tapşırıb.
Səxavət
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO