Gəncəliyev: “Erməni iş adamları avropalı deputatları korrupsiya prosesinə cəlb edirlər”
Bizi izləyin

Nida Xəbər

Gəncəliyev: “Erməni iş adamları avropalı deputatları korrupsiya prosesinə cəlb edirlər”

“Son zamanlar Qarabağ bölgəsində baş verən hadisələr, Azərbaycanı sevməyən ölkələrin buna münasibəti aydındır. Biz öncədən də bilirdik ki, Fransa, Yunanıstan kimi ölkələr bu məsələyə qərəzli yanaşacaqlar”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Tural Gəncəliyev deyib.

Deputat Avropa Parlamentində baş verən sonra proseslərdən, xüsusilə korrupsiya biabırçılığından danışmaq istədiyini bildirib: “Mən daima Avropa Parlamentində oluram. Orada hər zaman Azərbaycana qarşı mövqe tutan, qətnamələr qəbul edən deputatlar erməni iş adamlarından pul alaraq sənədlərin qəbulunda fəallıq edirlər”.

Deputat xatırladıb ki, Avropa Parlamentinin yunanıstanlı vitse-spikeri həbs edilib və o, erməni dostluq qrupuna yaxın çevrədir: “Azərbaycanlı ekofəallar Qarabağda ekoloji durumla bağlı etiraz aksiyaları keçirirlər. Amma Avropa Parlamentində hay-küy salıb deyirlər ki, yol bağlanıb. Buna səbəb həmin deputatların gəlir yolunun bağlanmasıdır. Qarabağdakı mədənlərin qanunsuz istismarı, bu sərvətlərin talan edilməsi mexanizmi qurulmuşdu və bundan Avropa Parlamentinin deputatları da yararlanırdı. İndi bu gəlir yolu bağlanıb”.

Gəncəliyev qeyd edib ki, dəfələrlə erməni iş adamlarının –Karapetyan və digərlərinin Avropa Parlamentinin binasında əyləşərək avropalı deputatları korrupsiya prosesinə cəlb etməsi müşahidə olunub: “Onların gözündə Qarabağda etiraz aksiyası keçirən ekoaktivlər başqa, Avropadakı ekofəallar isə başqa cür görünürsə, bu, onların öz probemidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm