Zelenski Saakaşvili ilə bağlı müraciət yaydı: İstehzadır, mərhəmət göstərin
Bizi izləyin

Nida Xəbər

Zelenski Saakaşvili ilə bağlı müraciət yaydı: İstehzadır, mərhəmət göstərin

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan hakimiyyətini ölkənin eks-prezidenti Mixail Saakaşviliyə mərhəmət göstərməyə və onu Ukraynadakı, istənilən Avropa ölkəsindəki və ya Amerikadakı klinikaya köçürməyə çağırıb.

Publika.az xəbər verir ki, V.Zelenski bunu axşam çıxışı zamanı deyib.

“Mən indi Gürcüstandakı bütün dostlarımıza və sadəcə vicdanlı insanlara müraciət etmək istəyirəm.

Yəqin ki, hamı Mixail Saakaşvilinin, onun səhhətinin hazırkı vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm – xüsusilə Milad öncəsi mərhəmət göstərmək lazımdır. Mixaillə bağlı hazırda baş verənlər istehzadır. Bu, Gürcüstana yaraşmaz. Buna son qoyulmalıdır. Xahiş edirəm, onun həyatını xilas edə biləcək qərar verin. Mixail Saakaşvilini Ukraynadakı klinikalardan birinə, başqa bir Avropa ölkəsinə, Amerikaya köçürün. Bu yaxşı addımı atmağın əsl vaxtıdır”, - deyə V.Zelenski vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Xüsusi Penitensiar Xidməti Saakaşvilini saxtakarlıqda ittiham etmək üçün onun palatasından müşahidə kameralarının görüntülərini yayıb, lakin görüntülər onun nə qədər arıqladığını və yorğun olduğunu göstərir.

Dekabrın əvvəlində amerikalı həkim Devid Smit ekspert rəyi verib ki, Saakaşvilinin saç və dırnaq nümunələrində ağır metallar və digər maddələr, o cümlədən civə və arsen, həmçinin düzgün olmayan müalicə ilə bağlı xəstəliklər və asılılıqlar aşkar edilib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm