Ərdoğan islahat anonsu verdi: "Gələn il Türkiyədə..."
Bizi izləyin

Nida Xəbər

Ərdoğan islahat anonsu verdi: "Gələn il Türkiyədə..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə hakimiyyətin bütün qollarının gücləndirilməsi üçün islahatların hazırlandığını bildirib.

Publika.az xəbər verir ki, o, bunu İstanbulda islam dünyasında konstitusiya hüququ konfransının iştirakçıları qarşısında çıxışı zamanı deyib.

"Gələn il Türkiyədə hakimiyyət qollarının təkmilləşdirilməsinə yönəlmiş yeni islahatların aparılması planlaşdırılır. İslahatlar icraedici hakimiyyətin səmərəliliyini artırmaqla yanaşı, qanunvericilik və icraedici sistemlərin işinə də töhfə verəcək", - deyə Türkiyə lideri bildirib.

Tayyib Ərdoğanın sözlərinə görə, hüququn aliliyi prinsipindən kənara çıxmaq, istər-istəməz məhkəmə və icraedici sistemlərə hörməti azaldır.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm