Türkiyədəki zəlzələ Putini hərəkətə keçməyə məcbur etdi: - "Binaların yenidən qurulmasına..."
Bizi izləyin

Nida Xəbər

Türkiyədəki zəlzələ Putini hərəkətə keçməyə məcbur etdi: - "Binaların yenidən qurulmasına..."

Türkiyədə baş verən zəlzələdən sonra Rusiya Prezidenti Vladimir Putin məhkəmələri ölkənin zəlzələ təhlükəsi olan ərazilərində evlərin yenidən tikintisinin qanuniliyinə nəzarət etməyə çağırıb.

Publika.az xəbər verir ki, V.Putin bunu arbitraj və hərbi məhkəmələrin, habelə ümumi yurisdiksiya hakimlərinin iclasında bildirib.

“Biz indi Türkiyədə necə faciənin baş verdiyini görürük. Digər məsələlərlə yanaşı, xüsusilə seysmik proseslər baxımından təhlükəli zonada bu standartlara uyğun işləməyən tikinti təşkilatlarına qarşı böyük iddialar var", - deyə Rusiya Prezidenti qeyd edib.

O, hakimlərdən təkcə yeni tikintinin başlanmasına deyil, həm də binaların yenidən qurulmasına xüsusi diqqət yetirməyi xahiş edib.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm