Nida Xəbər
Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurulur: Artıq Moskva da yəqin edib ki...
Separatçı Ruben Vardanyanın dırnaqarası vəzifəsindən azad edilməsi Azərbaycanda da, Ermənistanda da, elə Vardanyanı bu regiona göndərən tərəflərdə də ciddi müzakirə mövzusuna çevrilib. Təbii ki, bu hadisənin özü Azərbaycanın tələblərinin və siyasi iradəsinin həyata keçməsi kimi qiymətləndirilməlidir.
Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
O qeyd edib ki, cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında konkret tələblərlə çıxış etdi və iradə ortaya qoydu: “Çünki Moskvadan bölgəyə göndərilən hansısa şəxslərlə və Xankəndidə doğulub boya-başa çatmayan şəxslərlə Azərbaycan heç bir danışıq aparmayacaqdı. Bu, Azərbaycanın prinsipial və qətiyyətli mövqeyidir. Ona görə Moskvada da yaxşı başa düşürlər ki, Vardanyan planı elə ilk günlərdən deşifrə olundu və onun həyati qabiliyyətli olması da artıq reallaşmır. Eyni zamanda Ermənistanın özü də Vardanyanı dəstəkləmədi. Çünki Nikol Paşinyan Vardanyanı özü üçün təhlükə kimi görürdü. Vardanyan həm də Nikol Paşinyanı əvəzləmək üçün Xankəndidən İrəvana siyasi karyera dalınca gəlmişdi. Vardanyan özü də başa düşdü ki, burada siyasi diletantın heç bir uğur əldə etməsi mümkün deyil. Bəli, o, çirkli pulların yuyulması ilə məşğul olub, özü üçün böyük sərvət toplayıb, amma elə məsələlər var ki, bəzən onu pulla, sərvətlə həll etmək mümkün deyil. Azərbaycan öz nümunəsində nümayiş etdirdi ki, regionun sahibi özüdür, istədiyi vaxt proseslərə müdaxilə edə bilir, istədiyi vaxt uğur qazanır və həm ekologiyanın qayğısına qalır, həm də sərvətlərinin qanunsuz talançılığına qarşı çıxır. Ötən ilin dekabrından ekoloqlarımızın və vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolundakı aksiyası artıq bir sıra nəticələr verib və Vardanyanın istefası da məhz bu nəticələrdən biridir”.
Bəs qarşıda bizi hansı proseslər gözləyir və biz Vardanyanın dırnaqarası istefasından sonra nələr etməliyik? Bu suala da cavab verən İlyas Hüseynov deyib: “Düşünürəm ki, ilk növbədə nəzarət-buraxılış məntəqələrini qurmaq üçün yaxşı şərait var və beynəlxalq vəziyyət də bizim lehimizədir. Digər tərəfdən nəzarət-buraxılış məntəqələrinin qurulmasından sonra üçtərəfli bəyanatın dördüncü maddəsinin implementasiyası gərəklidir. Region hərbsizləşdirilməlidir. Bu, Azərbaycanın legitim, beynəlxalq hüquqa əsaslanan, Ermənistanın Baş naziri və ya Rusiya Prezidentinin imzaladığı sənəd əsasında reallaşa bilər. Artıq Moskva da özü üçün yəqin edib ki, 2,5 ildən sonra Qarabağ tam olaraq Azərbaycanın suverenliyi altına keçəcək və sülhməramlılar bölgəni tərk etməlidirlər. Bölgədə yaşayan etnik ermənilərin gələcəyi Azərbaycanla bağlıdır. Bölgənin hərbsizləşdirilməsindən sonra Azərbaycanın qanunlarına və Konstitusiyasına riayət etməyə razılıq vermiş erməni əsilli vətəndaşlarımız çox sakit, təhlükəsiz şəraitdə yaşayacaqlar. Digər etnik azlıqlara verilən bütün hüquqlar və imtiyazlar onlar üçün də keçərli olacaq. Ona görə də burada məsələ həm də rəsmi Bakının ortaya qoyduğu güclü siyasi iradə nəticəsində inkişaf edir və bu, bizim milli maraqlarımızdan irəli gələn tələblərdir”.
Səxavət Həmid
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər