Nida Xəbər
Kaş İran bəyanatımızı qiymətləndirməyi bacarsın - Həsənquliyev
Əvvəlcə onu qeyd edim ki, İran İslam Respublikası ilə bağlı qəbul etdiyimiz bəyanat çox yumşaq idi. Kaş onlar bunu qiymətləndirməyi bacarsınlar. Amma belə olacağını düşünmürəm. Qorxuram ki, panfarsistlər bunu bizim zəifliyimiz kimi qəbul etsinlər.
Publika.az xəbər verir ki bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Hörmətli sədr! Mən komitə iclasında geniş çıxış elədim və söylədim ki, əlbəttə bu medalın təsis olunmasını alqışlayıram. Amma təklif edirəm ki, əsasnamədə dəyişikliklər etməliyik”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkilinin fikrincə, ümumiyyətlə orden və medallarn təsis olunması haqqında 1992-ci ilin noyab ayında qanun qəbul olunub: “Həmin qanun layihəsi iki maddədən ibarətdir. Düşünürəm ki, Əsasnamədə orden və medalların kimlərə verildiyi, kimlər tərəfindən və hansı formada təqdim olunduğu qeyd olunmalıdır.
Hörmətli Sahibə xanım! Siz də millət vəkili idiniz və yəqin xatırlayırsınız ki, millət vəkilləri cənab Prezident tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təltif olundular. Mərhum prezident Heydər Əliyev o zaman deyirdi ki, Azərbaycan xalqının ən böyük nailiyyəti onun istiqlalıdır. Bu istiqlal Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Amma həmin medallla bağlı mənə zəng elədilər ki, kabinetdə qoymuşuq, gəlin oradan götürün. Eyni ilə də bəzi mərkəzi icra hakimiyyəti orqanlarının 100 illiyi ilə bağlı medallar təsis etdik. Onlar da özlərinə rəva bilmədilər ki, millət vəkillərini dəvət edib, həmin medalları hörmətlə təqdim eləsinlər. Milli Məclisə göndəriridilər və Milli Məclisdən də zəng vururdular ki, gəlin medalınızı götürün. Məni də təltif ediblər və buna görə bir daha öz təşəkkürümü bildirirəm. Orden və medal dövlətin adından təqdim olunur. Ona görə də hesab edirəm ki, bu hörmətlə təqdim olunmalıdır. İndi Heydər Əliyevin 100 illiyi ilə bağlı medal təsis olunur və mən qorxuram ki, eyni hörmətsiz münasibət yenə də ifadə olunsun.
Ona görə də, əsanamədə, ümumiyyətlə orden və medallar haqqında qanunda yazılmaldır ki, ordenlər ümumiyyətlə prezident və birinci vitse-prezident tərəfindən xüsusi dövlət törənində təqdim olunur. Mərhum Prezident Heydər Əliyev böyük dövlət adamı idi.
Biz görürdük ki, o, təltif olunan 30-40 nəfəri toplayır, onlara hörmətlə yanaşılır, gül verilir, şəkil çəkdirilir və hətta bəzən söz də veriridi. Ordenlər dövlətin adından böyük hörmətlə təqdim olunurdu. Düzdür, bəzən cənab Prezident tərəfindən ayrı-ayrı hallarda ordenlər təqdim olunur. Ancaq hesab edirəm ki, Prezident tərəfindən təltif olunan bütün orden və medallar prezidentin özü, birinci vitse-prezident, yaxud baş nazir tərəfindən, mərkəzi icra hakimiyyəti orqanlarının yubiley medalları həmin mərkəzi icra hakimiyyəti orqanının başçısının təşkil elədiyi xüsusi törəndə özü tərəfindən təqdim olunmaldıır. Əgər orden və medallar əcnəbilərə verilirsə, əlbəttə prezident tərəfindən səlahiyyət verilə bilər ki, xaricdəki diplomatik nümayəndəliklırimizin rəhbərləri təqdim etsinlər. Ona görə də bunların hamısı qanunvericilik qaydasında tənzimlənməlidir. Biz artıq 30 ildən çoxdur müstəqil dövlətik, dövlətçilik ənənələrimiz yaranır, başqa dövlətlərin də təcrübəsini öyrənməliyik və mən ona görə təklif edirəm ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hörmətli Əli Hüseynli müvafiq icra hakimiyyəti orqanı ilə danışsın, həm qeyd etdiyim qanunda dəyişikliyi edək, həm də müvafiq əsasnamədə qeyd etdiyim məsələlər öz əksini tapsın”.
-
Hadisə14:26
Bakıda qazanxanada partlayış: xəsarət alan var
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...