Nida Xəbər
SOCAR Bolqarıstanda niyə ofis açıb?
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sofiya şəhərində ofisinin açılması təqdirəlayiq bir hadisədir.
Publika.az xəbər verir ki, bunu report-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
“Bu hadisə o baxımdan təqdirəlayiqdir ki, Avropa İttifaqının üzvü olan bir ölkədə üzərindən yaxın gələcəkdə Azərbaycan qazının ixracı məsələlərinin çoxşaxəli spektrdə həyata keçirilməsi ona dəlalət edir ki, SOCAR-ın məhz Bolqarıstanda və bu ölkə üzərindən həyata keçirilən qaz layihələrimizin inkişafı ilə bağlı bir xeyli planları var. Təbii ki, bunları gerçəkləşdirmək üçün də birbaşa olaraq bu bazarda olmaq lazımdır”, - deyə ekspert bildirib.
İ. Şaban xatırladıb ki, təqribən 10 ildən az bir müddətdə “SOCAR Balkans” şirkəti yaradılmışdı və onun məqsədi Azərbaycanın ilk qazının Avropada satışı ilə bağlı yerli bazarları öyrənmək və bu qazın digər bazarlara çıxışı, coğrafi imkanlarını genişləndirilməsi məsələləri araşdırmaq idi: “Ancaq sonradan bu şirkət fəaliyyətini dayandırdı və Sofiyada imzalanan əməkdaşlıq üzrə anlaşma memorandumu - altı ölkənin şirkətini təmsil edən sənəd göstərdi ki, Azərbaycanın əlavə qaz həcmləri Avropada hansı ölkələrə hədəflənib. Bu, əsasən Şərqi və Mərkəzi Avropa ölkələridir, yəni Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyadır. Nəzərə almaq lazımdır ki, Azərbaycandan qaz almaq niyyətində olan Serbiya və Bosniya və Hersoqovina kimi ölkələr də var. Bununla yanaşı Avropanın cənubunda və Adriatik dənizi sahilində olan digər ölkələrdə Azərbaycan qazına maraq göstərir. Təbii ki, bu ölkələrin alacağı qaz həcmləri kiçikdir”.
Onun sözlərinə görə, ikinci bir tərəfdən, əgər birinci bu qaz həcmləri, necə ki, cənuba doğru istiqamət götürmüşdü, Azərbaycan "mavi yanacağın" əsas hissəsini yenə də ora göndərsəydi, bunun biznes riskləri olardı: “Təbii ki, rəsmi Bakı “bütün yumurtaları bir səbətə yığmamaq” prinsipi ilə Avropa bazarında özünün qaz ixrac satışı bazarını şaxələndirərək biznesini əsas risklərdən qorumağa çalışacaq. Beləliklə, Azərbaycan həm cənuba, həm Şərqi Avropaya, həm də Mərkəzi Avropa ölkələrinə, o cümlədən də kiçik bir qismini Balkan ölkələrinə istiqamətlənərək qaz satış bazarını şaxələndirmiş olacaq.
Bu, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün çox yaxşı bir imkanlar ortaya qoyur. Bundan əlavə də görürük ki, SOCAR-ın Albaniya, Bolqarıstan və ya Bosniya və Herseqovina kimi ölkələrin bazarında təkcə qaz satmaq yox, həm də qazın paylanmasında iştirak etmək, bu qaz ticarətinin aktiv oyunçusuna çevrilmək niyyəti var. Hesab edirəm ki, bəlkə bundan da irəli gedən planlar var. Çünki qaz elə bir enerji daşıyıcısıdır ki, onun məhsullarını da bazarda satmaq mümkündür. Yəni ondan xammal qismində istifadə etməklə yanaşı, onu yarımfabrikat və son məhsula çevirmək olar”.
İ.Şaban qeyd edib ki, Bolqarıstan ilk ölkələrdəndir ki, Azərbaycana həm özünün qaz paylayıcı şəbəkələrinin modernizasiyasında iştirakı, həmçinin Bolqarıstanda qazı elektrikə çevirib digər ölkələrə satmaq istəyini təklif edib: “O cümlədən də Bolqarıstan kənd təsərrüfatı ölkəsi olduğu üçün və ətraf ölkələrdə də aqrar sahə geniş yayıldığı üçün və bu ölkələr əsasən gübrəni Rusiyadan idxal etdikləri üçün SOCAR qazı gübrəyə çevirib və onu Avropada satılması biznesində də iştirak edə bilər. Yəni SOCAR-ın Karbamid Zavodu artıq dörd ildir ki, Azərbaycanda çox uğurlu fəaliyyət göstərir və biz bu sahədə də öz fəaliyyətimizi daha da genişləndirə bilərik”.
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı