Nida Xəbər
“Azərbaycan Cənubi Qafqazda Polşa üçün əsas tərəfdaşdır”
“Azərbaycan Cənubi Qafqazda Polşa üçün əsas tərəfdaşdır”.
Publika.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşa Konstitusiyasının 232-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O, ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini, əməkdaşlığın əsas sahəsinin əhəmiyyətli artımın müşahidə olunduğu iqtisadiyyat olduğunu qeyd edib.
“Bu ilin yanvar-fevral aylarının statistik məlumatlarına görə, Polşadan Azərbaycana ixrac 98%-dən çox, Azərbaycandan Polşaya ixrac isə 5,5 dəfədən çox artıb. Ölkələrimizin sahibkarlarının ikitərəfli əməkdaşlığa marağı artır. Təkcə son aylarda səfirliyimiz azərbaycanlı tərəfdaşlar üçün Polşaya bir sıra işgüzar missiyaların təşəbbüskarı olub”, - o bildirib.
Diplomat qeyd edib ki, Polşa Aİ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.
Səfirin sözlərinə görə, qarşılıqlı birbaşa aviareyslərin açılması da iki ölkənin iş adamları və vətəndaşları arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir.
Onun sözlərinə görə, iki ölkənin biznesmenləri və iş adamları üçün qarşılıqlı əlaqələrin inkişafına təxminən bir il əvvəl Polşanın LOT aviaşirkəti tərəfindən Varşava-Bakı marşrutu üzrə birbaşa aviareysin açılması da töhfə verir.
“Bir sözlə, Polşa-Azərbaycan əməkdaşlığının ənənəvi sahələrini genişləndirməyə, əlaqələrin genişləndirilməsini stimullaşdırmağa və qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıq üçün yeni imkanları araşdırmağa çalışırıq. Məsələn, bir ildən artıqdır “V4-Azərbaycan Tech Bridge” proqramını uğurla həyata keçiririk. O, Vişeqrad Qrupu ilə Azərbaycan arasında innovasiyaların maliyyələşdirilməsini və startap əməkdaşlığını dəstəkləyir. Hazırda proqrama cəlb olunmuş Azərbaycan startaplarının sayı 80-ni ötüb”, - səfir bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Polşa üçün Avropa İttifaqının enerji resursları tədarükçüsü olmaqla yanaşı, həm də transkoninental nəqliyyat marşrutlarının həyata keçirilməsində əsas tərəfdaşdır: “Şübhəsiz ki, Ermənistanla davam edən sülh danışıqları uğurla başa çatdıqdan sonra Azərbaycanın bu rolu rtacaq.Ona görə də biz Aİ və ABŞ-ın regionun sabitləşdirilməsi istiqamətində səylərini dəstəkləməkdə davam edirik. Cənubi Qafqaz xalqları arasında ədalətli, uzunmüddətli və dinc münasibətlərin qurulması onların inkişafı üçün zəruri şərtdir”.
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO