Nida Xəbər
Əli Əsədovdan Türkiyənin sabiq Vitse-prezidentinə TƏŞƏKKÜR

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda Türkiyənin Vitse-prezidenti olduğu müddətdə Azərbaycan ilə münasibətlərin inkişafına yetirdiyi diqqətə görə F.Oktaya minnətdarlıq ifadə olunub.
F.Oktayın İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri kimi Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə genişləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Eyni zamanda Türkiyə Böyük Millət Məclisində gələcək fəaliyyətində F.Oktaya uğurlar arzulanıb, bu müddət ərzində də onun Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə olunub.

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO