Nida Xəbər
Naxçıvanda yeni komissiya yaradıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Komissiya yaradılır.
Komissiyanın sədri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri.
Komissiyanın üzvləri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə şöbəsi müdirinin müavini,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri,
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi.
Komissiya normativ hüquqi aktların ekspertizasını həyata keçirib ləğv və ya dəyişikliklər edilməsi təklif olunan aktlarla bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO