Nida Xəbər
Doğum günündə vəfat edən Günelin SON VİDEOSU - "Sizi çox sevirəm"

Xərçəng xəstəliyindən əziyyət çəkən yazar Günel Eminlinin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etdiyi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, Günel Eminli həm də Avropa Azərbaycan Məktəbinin müəllimi olub.
O, doğum günündə vəfat edib. Ölümündən bir gün əvvəl isə məktəbin kollektivi və şagirdləri doğum günü ilə bağlı onu təbrik ediblər.
Müəllimlər və dərs dediyi 6-cı sinif şagirdləri ürək sözlərinin yer aldığı video-roliki “YouTube”da yerləşdiriblər.
Böyük ehtimalla, Günel Eminli bu videoya baxa bilməyib. Amma yəqin ki, bu qədər sevildiyini bilirdi. Müəllim və kollektivin ürək sözlərindən onun əsl insan, şəxsiyyət və fədakar müəllim olduğu bəlli olur. Bu təsirli videoya baxdıqca, Azərbaycan ədəbiyyatının istedadlı yazarı, təhsilinin isə əvəzsiz müəllimi itirdiyini anlayırsan.
Ağır itkidir. Xüsusən də onu sevən azyaşlı şagirdləri üçün.
Amma bir məqamla təsəlli tapmaq olar: Bu uşaqlar o müəllimdən artıq nəsə götürüblər. Deməli, pis insan olmayacaqlar. Ruhun şad olsun, Günel xanım.

-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: romantik münasibətlər başlanacaq
-
Sosial28 Sentyabr 22:53
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO
-
Qadın28 Sentyabr 22:45
Niyə bəzi qadınlar arıqlaya bilmir? - Həkim bütün SİRRİ AÇDI
-
Sosial28 Sentyabr 21:40
Qənirə Paşayevanın dəfn yeri AÇIQLANDI
-
Sosial28 Sentyabr 21:24
"Bəlkə 50 yaşa çatmadım..."
-
Dəb28 Sentyabr 20:48
Bu gözəlləri izləmək üçün 6200 dollar ödəməlisiniz - FOTO