Nida Xəbər
Fransa antidemokratik ölkə olduğunu ört-basdır edə bilmir
Son illər Fransada iğtişaşlar daha kəskin xarakter alıb. Vəziyyət o həddə çatıb ki, hökumət zirehli texnikanın müdaxiləsinə icazə verib. Artıq bir neçə şəhərdə fövqəladə vəziyyət elan edilib. Ötən ayın sonunda Nanter şəhərində polis tərəfindən Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin qətlə yetirilməsindən sonra ölkədə ictimai-siyasi vəziyyət daha da ağırlaşıb. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən demək olar ki, yeniyetmə polis zorakılığının qurbanı olub. Bundan sonra fövqəladə vəziyyət rejiminin tətbiqi qaçılmaz idi. Avropa və dünyaya demokratiya, insan hüquqlarının müdafiəsi və haqq-ədalətdən “dərs keçmək” istəyən Fransa antidemokrat ölkə olduğunu ört- basdır edə bilmir. Ölkədə baş alıb gedən etiraz aksiyalarının qarşısını almaq üçün axşam saatlarında ictimai nəqliyyat xidmətlərinini dayandırılmasına qərarı, vətəndaşlara isə evdən çıxmamaq tapşırığı verilib. Hökumət bu yolla aksiyaya qatılanların qarşısını almağa çalışır, amma bütün bunlar heç bir fayda vermir. Vəziyyət getdikcə pisləşir və etirazların coğrafiyası daha da genişlənir.
Publika.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi deyib ki, Fransanın hazırkı dövlət başçısı Emmanuel Makronun Prezident olduğu 6 illik müddətə nəzər salsaq, onun verdiyi qərarların ölkədə vəziyyətin gərginləşməsinə, xalqın etirazlarına səbəb olduğunu görərik. Bir neçə ay əvvəl Fransada pensiya yaşının artırılmasına qarşı etirazlarda Bordo bələdiyyəsinin binası yandırıldı. Daxili İşlər Nazirliyinin məlumatına görə, yalnız bir gün ərzində Fransada bir milyondan çox insan küçələrə çıxıb. Özünü demokratiya və insan hüquq və azadlıqlarının tərəfdarı kimi göstərən Fransada polis paytaxtda nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdi. Minlərlə etirazçı həbs olunmuş, yüzlərlə polis xəsarət almış, inzibati binalar, avtomobillər yandırılmışdı. Bununla yanaşı, minlərlə insanın iştirakı ilə Fransanın bir neçə şəhərində keçirilən aksiyalarda nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi.
Hüquq müdafiəçisi deyib ki, Fransada iğtişaşlar davam edir və hadisələrin qarşısının alınmasına 45 mindən çox polis cəlb olunub. Hüquq mühafizə orqanları tərəfindən ölkə daxilində milli, irqi və dini nifrət zəminində çoxsaylı hadisələr, cinayətlər törədilir. Etirazların qəddarlıqla yatırılması ölkədə insan hüquqlarının kobud şəkildə pozulmasından xəbər verir. Bu da Emmanuel Makronun Fransa polisinə verdiyi əlavə səlahiyyətlərin nəticəsidir. Fransada baş verən zorakılıq halları dünya ictimaiyyətinin diqqətini cəlb edib. Baxmayaraq ki, bu antidemokratik hadisələrə Avropa İnsan Haqları İnstitutları tərəfindən dərhal reaksiya verilib, hələ konkret nəticə yoxdur. Bundan əvvəl isə beynəlxalq ictimaiyyət daha bir zorakılığın şahidi olmuşdu.
“Xatırladım ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən, hücuma məruz qalmışdılar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri almış, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılmışdı. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələmişdilər. Təbii ki, belə hallar son zamanlar Fransada adi hala çevrilib. Azərbaycan jurnalistlərinə qarşı baş vermiş zorakılıq halları ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı kimi dəyərləndirilməlidir. Makron hakimiyyətinin bu hadisəni obyektiv araşdıracağına, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsinə və cəzalandırılmasına, dəymiş zərərin ödənilməsinə lazımi tədbirlər görəcəyinə inanmaq çətindir. Çünki bu ölkə getdikcə demokratiyadan uzaqlaşır”, - deyə Ç.Qənizadə bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlük adi hala çevrilib. Bütün bunların kökündə ölkə başçısı Emmanuel Makronun qeyri- obyektivliyi, ayrı-seçkiliyi, hadisələrə biganəliyi və qatı ermənipərəst mövqeyi dayanır. “Son illər baş verən hadisələrə nəzər saldıqda bir daha şahidi oluruq ki, bu gün Makron Fransanı işğalçı Ermənistanın faşizm siyasətinin əsirinə çevirib. Müasir dövrdə faşizmi, işğalı, terrorizmi, separatizmi dövlət siyasətinə çevirmiş bir ölkəni müdafiə etmək Fransanın və onun rəhbəri Makronun antidemokratliyinin bariz nümunəsidir”, - deyə o qeyd edib.
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü