Sudan və İran Bakıda RAZILIĞA GƏLDİLƏR - FOTO
Bizi izləyin

Nida Xəbər

Sudan və İran Bakıda RAZILIĞA GƏLDİLƏR - FOTO

Sudan və İran yaxın vaxtlarda diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu qərar Azərbaycanda Sudanın xarici işlər naziri Əli əs-Sadiq ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında aparılan danışıqlarda qəbul edilib. Rəsmi olaraq isə bunu İranın xarici işlər naziri rəsmi səfərlə gəldiyi Əlcəzairdə mətbuat konfransında bildirib.

Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Əs-Sadiq və Abdullahian arasında görüş Bakıda Qoşulmama Hərəkatının nazirlər görüşü çərçivəsində baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm