Nida Xəbər
Sülhməramlılar Xocalıda nə etməyə çalışır? - VİDEO
Ötən gün Xankəndidəki erməni separatçı tör-töküntülərinin Azərbaycana qarşı qanunsuz aksiyaya başlayıqları barədə xəbər vermişdik. Hətta separatçıların Xankəndinin mərkəzindən Xocalı aeroportuna – rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə qədər yürüş etdikləri də gələn xəbərlər arasında idi.
Ən qıcıqlandırıcı hadisələr isə Xocalıda yaşanıb. Belə ki, Xocalı aeroportu önündən aksiyadan yayılan kadrlarda bir məqam xüsusilə diqqət çəkib. Belə ki, videokadrdan aydın görünür ki, ərazidə Rusiya bayrağı ilə yanaşı Ermənistanın bayrağı və eləcə də Qarabağdakı separatçıların əski parçası da asılıb.
Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Rusiya dövləti tanıyır. Bu gün rus sülhməramlıları da məhz Azərbaycan ərazisində müvəqqəti fəaliyyətlə məşğuldurlar. Azərbaycanın ərazi bütövlüyünü nəinki Qarabağ, hətta anklavlarla birgə tanıdığını Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan etdiyi təqdirdə, Rusiya sülhməramlı kontingenti hansı haqq-hüquqla öz bayrağı ilə birgə Ermənistanın bayrağı azmış kimi qondarma rejimin də əski parçasını dirəkdən asıb?!
Məgər sülhməramlı kontingent Moskvaya tabe deyil? Əgər elədirsə, bəs onlar kim bu hüququ, icazəni verib ki, Azərbaycan ərazisində Ermənistanın və qondarma rejimin əski parçasını qaldırsın?!
Bu ritorik sualların cavabı çoxdan məlumdur. Nəzərə alsaq ki, bu gün Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistan baş naziri arasında sayca 6-cı Brüssel formatında görüş keçirilir, o zaman Rusiya tərəfindən bu cür təxribatyönlü addımların hansı səbəbdən atıldığı gün kimi aydındır. Görünən odur ki, Rusiya tərəfi Qarabağdakı müvəqqəti hərbi birləşməsi ilə əlindən gəldiyi qədər çalışır ki, separatizmin bölgədə kökü tamamilə kəsilməsin. Məhz bunun üçün sülhməramlılara qondarma rejim qalıqları arasında revanşizmə zəmin yaradan addımlar atmaq barədə tapşırıqlar verildiyi də istisna edilmir.
Lakin yaxşı olar ki, həm Ermənistan hakimiyyəti, eləcə də Rusiya tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülhməramlılarla bağlı son mesajını bir daha xatırlasınlar: Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağdan çıxacaq.
Elə buna görə də hamısından yaxşı Qarabağı üzü sulu tərk etmək ən doğru seçim olar. Bunun üçün də Rusiya sülhməramlıları separatçılığı dəstəkləyən bu cür təxribatlara qəti şəkildə şərik olmamalı, missiyalarına uyğun olaraq fəaliyyətlərini göstərilən vaxta qədər davam etsələr daha yaxşı olar. Çünkü Azərbaycan heç nəyi unutmur: Nə ona qarşı edilən pisliklərii, nə də yaxşılığı!(Trend)
-
Magazin104:44
Niyaməddin Musayev gəlinindən DANIŞDI: "Yeməkləri bişirib yığır ki..."
-
İKT03:43
Süni intellektə görə yüzlərlə "TikTok" əməkdaşı AÇ QALACAQ
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI