Nida Xəbər
BAXCP sədri jurnalistləri təbrik etdi
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media mənsublarını təbrik edib.
Təbrikdə deyilir:
Əziz jurnalistlər,
Dəyərli media mənsubları,
Sizi 22 iyul Milli Mətbuat və Jurmaslitika Günü münasibətilə təbrik edirəm!
Azərbaycan mətbuatı "Əkinçi" qəzetindən başlayaraq mürəkkəb və şərəfli yol keçib, xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayıb.
Sovet rejiminin amansız represiyalarının ən ağır illərində belə Azərbaycan mətbuatının ləyaqətli nümayəndələri, söz adamları qan yaddaşımızın unudulmasına, xalqımızın milli müqavimət hissinin sarsıdılmasına, assimilyasiyaya uğramasına imkan verməyiblər.
Ötən əsrin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyimizin qazanılmasında Azərbaycan mətbuatının və bu şərəfli peşənin ayrı-ayrı nümayəndələrinin xidmətləri əvəzsizdir.
Azərbaycan jurnalistləri hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli maraqların qorunması, vətəndaşların hüquqlarının müdafiə olunması, inkişafımıza mane olan neqativ amillərin aşkarlanaraq ictimai rəyə təqdim olunması, daha şəffaf, daha ədalətli vətəndaş cəmiyyəti quruculuğu prosesinin ön cərgəsində olublar. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri silaha və qələmə sarılaraq, müzəffər Ordumuzla birlikdə 30 ilə yaxın bir müddətdə davam edən ədalətsizliyə son qoyulması uğrunda müqəddəs savaşın ön sıralarında yer aldılar, torpaqlarımızın əhəmiyyətli hissəsinin işğaldan azad edilməsinə öz töhfələrini verdilər.
Jurnalist peşəsi dünyada hələ də ən təhlükəli peşə olaraq qalmaqdadır. Hələ də media mənsubları ayrı-ayrı qaynar nöqtələrdə, münaqişə zonalarında, qarşılaşdıqları neqativ halları işıqlandırdıqları zaman təzyiq və təqiblərə, fiziki zorakılığa məruz qalır, qətlə yetirilirlər. Təkcə 2022-ci ildə öz xidməti vəzifələrini yerinə yetirərkən, yaxud xidməti vəzifələri ilə əlaqədar 86 jurnalist terrorçular, qanunsuz hərbi birləşmələr, cinayətkar qruplar tərəfindən qətlə yetirilib.
Əziz jurnalistlər,
Bu gün dövlətçiliyimizin, dilimizin, tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi və ən başlıcası, işğaldan azad edilmiş yaşayış mənqələrimizin yenidən qurulmasında milli mətbuatımızın da üzərinə ağır və tarixi bir vəzifə düşür. Ümid edirəm ki, Siz bu vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Bu yolda hər birinizə möhkəm cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram”.
-
Avto08:12
On minlərlə "Tesla Cybertrucks"da təhlükəli nasazlıq aşkarlandı
-
İdman07:47
Türkiyədə Ronaldoya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər