Nida Xəbər
Şəhidlərimiz Pakistanda anıldı - FOTO
Azərbaycanın Pakistandakı Səfirliyi bu ölkədə 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil edib, eləcə də “Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru” adlı kitabın təqdimatını keçirib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın pakistandakı Səfirliyindən məlumat verilib.
Tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın nüfuzlu ictimai-siyasi xadimləri, həmçinin bu ölkənin müxtəlif beyin mərkəzlərinin, universitetlərinin və KİV-lin nümayəndələri iştirak ediblər.
İlk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan dövlət himnləri səsləndirilib.
Daha sonra 44 günlük Vətən Müharibəsini, Prezident İlham Əliyevin xalqa müraciətlərini, Azərbaycan xalqının qələbə sevincini, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.
Tədbirdə səfir Xəzər Fərhadov çıxış edərək 44 günlük Vətən müharibəsindən söhbət açıb. Səfir Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu və ərazi bütövlüyümüzü təmin etdiyini diqqətə çatdırıb. X.Fərhadov müharibənin 2020-ci ildə başa çatmasına baxmayaraq, son 3 il ərzində Ermənistan tərəfindən törədilmiş çoxsaylı təxribatlardan danışıb və 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayıb.
Səfir cari ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğunu bildirib. Səfir həmçinin Azərbaycan tərəfindən bölgədə sülhün bərqərar edilməsi, Qarabağda yaşayan erməniəsilli azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyası barədə atdığı addımlarla bağlı məlumatları qonaqların diqqətinə çatdırıb.
X.Fərhadov azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini xüsusi vurğulayaraq artıq keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir, Pakistanın Azərbaycana istər Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə, istərsə də Vətən Müharibəsi dövründə göstərdiyi dəstəyi vurğulayaraq bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib.
Çıxışında Qərbi Azərbaycan İcmasından söz açan səfir həmin İcmanın yaranma tarixindən və fəaliyyətindən də bəhs edib. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulmasının siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlik olduğunu qeyd edib. İndiki Ermənistanda azərbaycanlılara məxsus olan tarixi və mədəni irsin, o cümlədən, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığını, yer adlarının dəyişdirildiyini, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkiliyin həyata keçirildiyini diqqətə çatdıraraq, azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslərin və onların əməllərinin Ermənistanda dövlət səviyyəsində şöhrətləndirildiyini vurğulayıb. Həmçinin yurdlarından qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaradılmasının zəruriliyini və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin edilməli olduğunu diqqətə çatdırıb.
“Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatını edən səfir həmin kitab haqqında geniş məlumatları da qonaqların diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyn Seyid, senator Məhəmməd Talha Mahmud və Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik ediblər və şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Azərbaycan torpaqlarınını işğaldan azad edilməsinin təkcə Azərbaycanın deyil, həm də ədalətin və beynəlxalq hüququn qələbəsi olduğunu diqqətə çatdırıblar. Çıxışçılar Azərbaycana baş tutmuş səfərlərini xatırlayaraq, iki qardaş ölkə arasındakı səmimi münasibətlərdən danışıblar və Pakistanın daima Azərbaycanı bütün platformalarda dəstəkləyəcəyini qeyd ediblər.
Tədbirin sonunda “Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru” kitabları qonaqlara təqdim olunub.
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü