Nida Xəbər
Heydər Əliyevin türkiyəli dostu vəfat etdi – Foto
Ulu öndər Heydər Əliyevin yaxın dostlarından Yıldırım Turan Türkiyədə uzun sürən xəstəlikdən vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
E.Eltürk bildirib ki, onun vəfat xəbəri İğdırda, Aralıq rayonunda böyük üzüntü ilə qarşılanıb: “Yıldırım Turan 20 ilə yaxın İğdırın Aralıq rayonu bələdiyyəsinə rəhbərlik edib. Azərbaycanı sevən şəxslərdən idi. 90-cı illərdə Azərbaycanın ən çətin vaxtlarından onun yanında olan siyasətçilərdən olub. 20 Yanvar hadisələri zamanı Türkiyəni ayağa qaldıranlardan idi. İğdırda minlərlə insanın iştirakı ilə keçirilən etiraz mitinqlərində fəal iştirak edib və əsas təşkilatçılardan sayılırdı”.
E.Eltürk bildirib ki, Yıldırım Turanın Heydər Əliyevlə yaxın münasibətləri olub.
“Onun ulu öndər Heydər Əliyevlə dostluqları olub. Naxçıvan Ali Məclisinə sədr seçiləndən sonra onunla sıx təmas qurub və Heydər Əliyevi dəfələrlə Naxçıvanda ziyarət edib. Naxçıvanın blokadadan çıxması üçün əlindən gələni edib. Heydər Əliyev Aralıq rayonunu ziyarət edərkən onu yaxından müşayiət edib”, - o deyib.
-
Region21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir










.jpg)


























