Nida Xəbər
Bu qurumun rəhbərliyinə təyinatlar oldu
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin növbəti yığıncağında qurumun rəhbərliyinə təyinatlar olub.
Publika.az bu barədə Cəmiyyətə istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda qurumun sədri Vüqar Oruc görülən işlər, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu, Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasına və Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) may ayında Bakıda keçiriləcək “Zirvə Görüşü”nə hazırlıq, milli qiymətləndirmə standartları və digər məsələlər ətrafında məruzə ilə çıxış edib. İdarə Heyətinin (İH) üzvləri cəmiyyətin fəaliyyət istiqamətləri barədə təkliflərini diqqətə çatdırıblar.
V. Oruc “AQC ali orqanlarının fəaliyyətini tənzimləyən Əsasnamə” layihəsini təqdim edib və sənədi İH-nin üzvləri yekdilliklə qəbul edib. Eyni zamanda V. Orucun AQC rəhbərliyinin yeni tərkibi ilə bağlı sərəncamı da yekdilliklə təsdiq olunub.
Ramil Osmanlı AQC sədrinin birinci müavini, Fərid Rüstəmov sədrin beynəlxalq əlaqələr, Elnur Əsədov təşkilati məsələlər üzrə müavini, Azər Niftiyev isə sədrin müavini və AQC İcra Aparatının rəhbəri vəzifələrinə təyin edilib. Pərviz Qulami, Zamin Hüseynov, Nüsrət İbrahimov, İbrahim Quliyev və Nahid Həsənov AQC sədrinin müşavirləri, Rəşad Əliyev isə AQC Ekspertiza Mərkəzinin rəhbəri vəzifələrinə təyinat alıblar.
AQC sədrinin müvafiq sərəncamları ilə Elçin Mahmudov təşkilati məsələlər, Nail Həşimov Təlim, tədris və sertifikatlaşdırma, Şükür Hüseynov hüquq məsələləri, Səidə Şabanova ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri, İlham Bağırov AQC İcra Aparatı rəhbərinin birinci müavini, Rüfət Əliyev isə müavini təyin olunublar.
Yığıncaqda AQC-nin gələcək fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ15 Aprel 16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir










.jpg)




.jpg)





















