Nida Xəbər
Füzuli şəhərində bu qədər şəxs ilk dəfə səs verəcək
Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək.
Publika.az Secki-2024.az saytına istinadən xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində 3 məntəqədə baş tutacaq. 84 saylı Füzuli seçki dairəsi üzrə 54 min 457 seçici qeydə alınıb. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək.
77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”