MM-də səsvermə: Əli Əsədovun əleyhinə olan deputat...
Bizi izləyin

Nida Xəbər

MM-də səsvermə: Əli Əsədovun əleyhinə olan deputat...

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis Prezident İlham Əliyevin baş nazirliyə təqdim etdiyi namizədi səsə qoyub.

Publika.az xəbər verir ki, Əli Əsədovun baş nazirliyə namizədliyinə yalnız bir deputat qarşı olub, daha bir deputat isə bitərəf qalıb. Səsvermədə iştirak edən digər deputatların hamısı Əli Əsədovun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, səsvermə gizli keçirildiyindən, Ə.Əsədovun namizədliyinə qarşı çıxan deputatın kimliyi bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm