Nida Xəbər
Rüşvət alan sabiq vəzifəli şəxs azadlığa buraxıldı
Şirvan Apellyasiya Məhkəməsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Publika.az "Pravda.az"a istinadən xəbər verir ki, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməyib. Məhkum Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilməsinə dair hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. Yaşar Kərimovun təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilib və hökmdən xaric edilib. Yaşar Kərimov həbsdə saxlanıldığı 1 il 8 ay 12 gün müddəti azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 3 il 4 ay 24 gün müəyyən edilməklə ona təyin edilmiş 5 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb və onun üzərində qəti olaraq 1 il 7 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Yaşar Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal həbsdə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azad edilib.
İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb.
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib. Ali Məhkəmədə şikayətə baxılan zaman bildirib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Ali Məhkəməsinin digər qərarı ilə aşağı instansiya məhkəməsinin qərarı qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırlatma: Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi