Nida Xəbər
İrəvanda separatçılara sərt xəbərdarlıq edildi: Qarabağ məsələsi bağlanıb
Qarabağdan Ermənistana gedən separatçılar hər vəchlə “artsax” məsələsini gündəmdə saxlamağa çalışırlar.
Publika.az xəbər verir ki, bu işdə böyük canfəşanlıq göstərən Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan və bir neçə başqa şəxs Armen Qriqoryanla görüşüblər.
Bu barədə “Hraparak” nəşri mənbələrinə istinadən yazıb. Bildirilir ki, onlar Ararat Mirzoyan və Armen Qriqoryanla görüş variantlarını müzakirə ediblər, sonda əslən Hadrutdan olan Qriqoryanla görüşə üstünlük veriblər və ümid ediblər ki, Təhlükəsizlik şurasının katibi onlarla həmfikir olacaq.
Lakin Armen Qriqoryanla görüş sözlə ifadə olunmayacaq dərəcədə soyuq şəraitdə keçib.
“Bizə dedilər ki, görüş cəmi 20-30 dəqiqə çəkib. Onlar Qriqoryanı inandırmağa çalışdılar ki, böyük nəticə əldə etmək mümkün olmasa da, “artsax” məsələsini gündəmdə saxlamaqla Ermənistanın müdafiəsinin güclənməsinə töhfə vermək olar. Lakin Armen Qriqoryan onları dinləmək belə istəməyib və açıq şəkildə bildirib ki, “artsax” məsələsi qapanıb”, - nəşr yazıb.
Tural
-
Sosial14:45
Vasif Talıbovu o əvəzlədi
-
MDB14:18
Paşinyan Moskvada yarıçılpaq halda pəncərədə oturdu - FOTO
-
Rəsmi xronika13:53
“Bu, Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”
-
Nida Xəbər 12:44
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
-
İdman12:14
Ronaldinyonun oğlu atasının yolu ilə gedir: Bu gözəl isə onu darıxmağa qoymur - FOTOLAR
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq