Nida Xəbər
Milli Məclisdə yoxlama aparıldı
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 mln. manat vəsaiti əhatə edib.
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.
Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilib. Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanılması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.
-
İdman06:46
Neymar üçüncü dəfə ATA OLDU - Körpənin model anasından cazibədar FOTOLAR
-
ABŞ05:15
ABŞ PUA-ya "SUSADI": Avropadan idxal maksimum həddə çatdırıldı
-
Art04:44
"Kişi ananın sözünə qulaq asmalıdır, arvadın isə..." - VİDEO
-
Dünya04:14
6,2 bal gücündə zəlzələ bu ölkəni YERİNDƏN OYNATDI
-
İdman01:21
Türkiyə millisi AVRO-2024-də görün nə qədər QAZANDI
-
Maraq dünyası00:30
Anasından gizlin nişanlanan, bütün dünyanı valeh edən kor qız - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: biri sizə xoşagəlməz sürpriz edəcək
-
Sosial7 İyul 23:48
İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO