Nida Xəbər
Daha 6 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı
Mərkəzi Seçki Komissiyası (MSK) daha 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
Publika.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib.
Toplantıda Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının, Müsavat Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bundan öncə Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək