Nida Xəbər
Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul etdi - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad əl-Hacirini qəbul edib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan və Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi-ticarət, təhsil, humanitar və s. sahələr üzrə uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. Yaxın günlərdə ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağı diqqətə çatdırılıb.
Mövcud əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyət imkanlarından istifadənin əhəmiyyəti qeyd olunub.
İkitərəfli əməkdaşlıq ilə yanaşı, regional və beynəlxalq təşkilatılar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin təqdirəlayiq olduğu, xüsusilə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı diqqətə çatdırılıb.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə keçmiş münaqişəyə son qoyulması, postmünaqişə dövründə bölgədə aparılan yenidənqurma işləri, habelə Ermənistanla münasibətlərin normallaşması prosesindən ətraflı bəhs olunub.
Səfir Məhəmməd Həməd Səad əl-Haciri qəbula və təbriklərə görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Qətər arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Magazin101:11
Emin Ağalarovu belə görməmisiniz - FOTO
-
Nida Xəbər 00:30
Erməni ordusunun şərti sərhəddəki postu - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ailədə fikir ayrılığı yarana bilər
-
Sosial17 Sentyabr 23:36
Son bir ildə ət niyə kəskin bahalaşıb? - VİDEO
-
Elm və təhsil17 Sentyabr 23:24
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
-
Magazin117 Sentyabr 20:40
Aygün Kazımova büstqalter və mini şortda poza verdi - VİDEO
-
Sosial17 Sentyabr 20:15
Azərbaycanda su BAHALAŞACAQ? - RƏSMİ CAVAB
-
Nida Xəbər 17 Sentyabr 20:05
Prezidentin görüşündə o incə detal - FOTO