Nida Xəbər
Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür etdi
Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana təşəkkür edib.
Publika.az xəbər verir ki, o, bununla bağlı “X”dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.
Dövlət başçısı Azərbaycan da daxil olmaqla, 105 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.
“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.
Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb.
Dünənki andiçmə mərasimi Meksikanın Respublika Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.
Agradezco también a las y los representantes de 105 naciones que nos acompañaron en el inicio del segundo piso de la Transformación, nuestra política exterior seguirá los principios constitucionales de la libre autodeterminación de los pueblos, la no intervención, la solución… pic.twitter.com/vZOXd3t9VK
— Claudia Sheinbaum Pardo (@Claudiashein) October 1, 2024
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO