Nida Xəbər
Ermənistan prezidenti Azərbaycanla sülh müqaviləsi haqda: Yaxın 4 həftə ərzində...
Ermənistan yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid edir.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib.
Onun sözlərinə görə, İrəvan ümid edir ki, Azərbaycan noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 İqlim Dəyişikliyi Konfransına qədər 16 maddəni imzalayacaq.
“Əgər bu bizdən asılı olsaydı, biz bunu elə indi, bu gün imzalayardıq, amma ümid edirik ki, gec-tez bu nöqtəyə çatacağıq”, - Xaçaturyan bildirib.
Ermənistan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan rəsmiləri ilə hələ də daha bir neçə maddə üzrə danışıqlar aparılır.
Ermənistan prezidenti həmçinin qeyd edib ki, Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə danışıqlar uğurla gedir: iki ölkə arasında sərhədin üçüncü ölkə vətəndaşlarına və diplomatik pasportu olan şəxslərə açılması məsələsinə baxılır.
“Bu, əsl diplomatik münasibətlərin reallığa çevrildiyinə işarə olacaq”, - o deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan sənədin razılaşdırılmış 80 faiz bəndinə əsasən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Tural
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi