Nida Xəbər
Bu ərazilərdə iri müəssisələr qadağan edildi
“Turizm haqqında” Qanuna edilən dəyişikliklər bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, turizm və rekreasiya zonalarında iri sənaye müəssisələrinin fəaliyyəti qadağan ediləcək. Bununla da həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və emal müəssisələri fəaliyyət göstərməyəcək.
Publika.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat yayıb.
“Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə “Xızı-Xaçmaz”, “Quba” və “Qusar” Turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib. İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 turizm və rekreasiya zonasının yaradılması təklif olunur. Bu o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaqdır.
Bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur”, - o bildirib.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi